Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
“Qarabağ”da işlərim yaxşı gedir. Hazırda Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəyimiz oyuna hazırlaşırıq”.
BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycanda qalıb-qalmayacağı barədə Rusiya mətbuatına açıqlamasında deyib.
O, Ağdam klubu ilə müqaviləsinin uzadılması məsələsinə münasibət bildirib: “Hər şeyin öz vaxtı var. Rusiya çempionatına dönmək barədə də heç nə deyə bilmərəm. Bunu da zaman göstərəcək”.
Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"a keçib.
Facebook-da paylaş