Əsas Səhifə > Ölkə idmanı > Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək10-05-2024, 17:15 |
“Qarabağ”da işlərim yaxşı gedir. Hazırda Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəyimiz oyuna hazırlaşırıq”. BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycanda qalıb-qalmayacağı barədə Rusiya mətbuatına açıqlamasında deyib. O, Ağdam klubu ilə müqaviləsinin uzadılması məsələsinə münasibət bildirib: “Hər şeyin öz vaxtı var. Rusiya çempionatına dönmək barədə də heç nə deyə bilmərəm. Bunu da zaman göstərəcək”. Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"a keçib. Geri qayıt |