Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb



Azərbaycanın daha bir avarçəkəni Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2024" beynəlxalq reqatasında medal qazanıb.

BrendSport.az
xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Nurlan Paşayev (2006-2007) akademik avarçəkmə növündə 1500 metr məsafəyə yarışda ikinci olub.

Bununla da Azərbaycanın “Prezident Kuboku-2024”də qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Əlimuradov Hacızadə birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə qızıl, Amil Ramazanov isə 200 metr məsafədə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş