Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda 500 -1500 metr məsafədə kayak-kanoe və akademik növdə mübarizə baş tutub.

Günün ilk yarışında Əlimurad Hacızadə birnəfərlik kayak qayığı ilə 500 metr məsafəni hamıdan tez qət edərək qızıl medal əldə edib. Akademik növdə 1500 metr məsafəyə yarışda Nurlan Paşayev gümüş, bu növdə mübarizə aparan Vacib Babayev və Qiyas Əhmədov cütlüyü isə (500 metr) bürünc medal qazanıblar.

Qaliblərə mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Serbiya Avarçəkmə Federasiyanın İdarə Heyətinin rəhbəri Duşan Kovaçoviç təqdim ediblər.

Qeyd edək ki, yarışın Suqovuşanda start götürən ilk mərhələsində Azərbaycan avarçəkəni Amil Ramazanov (2006-2007) birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda üçüncü olub.

Yarışa mayın 3-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş