Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb


Basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq yarışda 10 komanda iki yarımqrupda mübarizə aparacaq.

A qrupunda "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt", B qrupunda isə "Sabah", "NTD-İndiqo ", "Sərhədçi", "Gəncə" və "Şəki" klubları yer alıblar.

Qrup oyunları dairəvi sistemdə keçiriləcək və ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.


Facebook-da paylaş

Xəbəri paylaş