Basketbol üzrə Azərbaycan kuboku yarışlarının püşkü atılıb
Fevralın 21-də basketbol üzrə Azərbaycan kuboku yarışlarının püşkü atılıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının inzibati binasında təşkil olunan püşkə əsasən, komandalar iki qrupa bölünüblər. “Sabah”, “AAAF Xırdalan”, “Sərhədçi”, “Gəncə” A, NTD, “Zirvə Astara”, “Neftçi”, “Olimpik Şəki” isə B qrupunda yer alıblar.
Yarış martın 21-26-da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, turnirin reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
Facebook-da paylaş