Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Kəpəz" yoxlama oyunu keçirəcək



Topaz Premyer Liqanın sonuncu turunda “Sumqayıt”la oyundan sonra 3 günlük evə buraxılan “Kəpəz”in üzvlərinin istirahəti başa çatıb.

Klubun rəsmi saytına istinadən yayılan xəbərə görə, komanda bu gün fitnes zalında bir araya gəlib. Sabah isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 11:00-da məşqə çıxacaqlar.

Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2 günlük istirahət veriləcək. “Kəpəz” martın 22-də məşqləri bərpa edəcək.

Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində “sarı-göylər”in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş