“Sumqayıt” və Qətər klubu arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
Qətərdə səfərdə olan "Sumqayıt" Futbol Akademiyasının nümayəndə heyəti "Aspire" Akademiyasının rəhbərliyi ilə görüşüb.
BrendSport.az xəbər verir ki, "Aspire" Futbol Mərkəzində baş tutan görüşdə əvvəlcə Akademiyanın direktoru Hakan Sünalla "Aspire" Akademiyasının Futbol Departamentinin sədri Said Ali Al-Marri arasında görüş olub. Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər və iki akademiya arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca isə müvafiq yaş qrupları arasında yoldaşlıq görüşləri baş tutub.
Qeyd edək ki, komandalar bu gün və sabah da yoxlama oyunları keçirəcəklər.
Facebook-da paylaş