AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub
Oktyabrın 30-da AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.
AFFA-dan BrendSport.az -a bildiriblər ki, görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması, AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.
Facebook-da paylaş