Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Zirə" qələbə qazanaraq liderliyini qoruyub



Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

BrendSport.az
xəbər verir ki, günün yeganə matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45+1-ci dəqiqədə Məqsəd İsayev vurub. Komandanın digər oyunçusu Pyer Zebli 10-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

27-ci dəqiqədə isə qonaqların baş məşqçisi Samir Abasov qırmızı vərəqə gördüyü üçün texniki zonadan uzaqlaşdırılıb.

Xallarının sayını 15-ə çatdıran "Zirə" liderliyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi 7 xalla hələlik 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları 16-17 sentyabrda olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş