"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmaq istəyir
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.
BrendSport.az xəbər verir ki, ölkə çempionu tez-tez zədələnən Adama Diakabini klubda görmək istəmir.
27 yaşlı yarımmüdafiəçi bununla bağlı məlumatlandırılıb. Fransalıdan özünə yeni komanda tapması istənilib.
İlin əvvəlində Ağdam təmsilçisinə keçən Adama Diakabinin müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidinə icazə verib.
Facebook-da paylaş