Azərbaycanın hakim-inspektoru Gürcüstan millisinin oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Kutaisi şəhərindəki “Şengeliya Arena”da gerçəkləşəcək.
Facebook-da paylaş