Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ceyhun Sultanov: "Futbolun inkişafı üçün Səudiyyə Ərəbistanı kimi etməliyik"



"Bu gün futbolu inkişaf etdirmək üçün gücümüz çatan qədər onlar kimi etməliyik. Adlı-sanlı oyunçuları gətirməliyik"..

BrendSport.az
xəbər verir ki, hazırda menecer kimi fəaliyyət göstərən 44 yaşlı sabiq yarımmüdafiəçi Ceyhun Sultanov bu amilin futbolun yüksəlişinə, azarkeşlərin stadionlara gəlməsinə təsir edəcəyini bildirib: "Ərəb ölkəsinin etdiyi tamamilə düzgündür. Onları dəstəkləyirəm. İnkişaf üçün ən önəmli addımlardan birini atırlar".

Sultanov Səudiyyə Ərəbistanı klublarının yüksək maaş verməsi məsələsinə də toxunub: "Çox qısa və konkret danışmaq istəyirəm. Hazırda Avropadan həmin ölkəyə axın pula görədir. Əksər hallarda yaşı çox olan oyunçular oraya gedirlər. Biz də bu vəziyyətə düşsək, pulumuz olsa, eyni şeyi edə bilərik. FİFA nəyə görə yüksək məvaciblərə qadağa qoymalıdır? Bununla razı deyiləm. Hansısa ölkənin pulu varsa, öz futbolunu qaldırmaq istəyir və bu da düzgün addımdır. Məncə, FİFA buna heç bir şey edə bilməz, ixtiyarı da çatmayacaq. Çünki pul mənimdir, öz futbolumu qaldırmaq istəyirəmsə, bunu etməliyəm".


Facebook-da paylaş

Xəbəri paylaş