Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi”də məşqçilər korpusuna daha bir təyinat reallaşıb



“Neftçi”də baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında məşqçilər korpusuna daha bir təyinat reallaşıb.

BrendSport.az
xəbər verir ki, Sənan Qurbanov “ağ-qaralar”da köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

43 yaşlı mütəxəssis yeni komandası ilə 2 llik müqavilə bağlayıb.

Sənan Qurbanov 2018/2019 mövsümündə “Qəbələ”yə, 2020/2021 mövsümündə isə “Keşlə”yə (indiki “Şamaxı”) baş məşqçi kimi Azərbaycan Kubokunu qazandırıb.

Qeyd edək ki, “Neftçi”də Adrian Mutunun digər köməkçiləri Alin-Nikolaye Çita (köməkçi məşqçi), Aurelian-Boqdan Patraşku (analitik məşqçi), Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və Mihai-Qavril Nedebandır (qapıçılar üzrə məşqçi).


Facebook-da paylaş

Xəbəri paylaş