Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi”nin stadionunun adı dəyişdirilib



“Neftçi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib.

BrendSport.az
xəbər verir ki, bu barədə klubun prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bundan sonra stadion “Neftçi Arena” adlandırılacaq: “Azarkeşlərin istəyi nəzərə alınaraq, “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək. Bu gündən etibarən arenamızın adı nə “Bakcell Arena” nə də 8-ci km adlanacaq. Stadionun adı “Neftçi Arena” oldu”.

Qeyd edək ki, stadion daha əvvəl 8-ci km və “Bakcell Arena” adlanırdı.


Facebook-da paylaş

Xəbəri paylaş