Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Emin Mahmudov: “Adrian Mutu ilə yeni mərhələdən keçirik”



“Bu yaxınlarda baş məşqçi təyin olunan Adrian Mutu ilə yeni mərhələdən keçirik”.

BrendSport.az
xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov “euro-football.ru” saytına müsahibəsində deyib.

31 yaşlı yarımmüdafiəçi artıq bütün diqqətlərini UEFA Konfrans Liqasına yönəltdiklərini bildirib: “Bir həftə sonra avrokuboklarda oyunumuz var. Düşünürəm ki, yavaş-yavaş Avropa yarışlarına hazırlaşacağıq. Meydandakı mövqeyim isə məni narahat etmir, hər şey qaydasındadır. Komandada mənə arxalanırlar”.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Ağ-qaralar”ın rəqibi “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş