"Neftçi" "Fənərbağça"ya məğlub olub
Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.
"Smena" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça"nın qolunu 73-cü dəqiqədə Edin Ceko vurub.
"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartak"ı ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.
Facebook-da paylaş