Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan futbolunun tarixinə düşüb

“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan futbolunun tarixinə düşüb


Bakının “Neftçi” klubunun kapitanı Emin Mahmudov Azərbaycan futbolunun tarixinə düşüb.
BrendSport.az xəbər verir ki, millimizin də üzvü olan 29 yaşlı mərkəz yarımmüdafiəçisi avrokuboklarda 3 turnirdə qol vuran ilk futbolçumuz olub. Bu, komandasının cari mövsümdə çıxış etdiyi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasıdır. Futbolçu Avropanın ən nüfuzlu klub turnirində Tiflis “Dinamo”su ilə hər 2 matçda penaltidən fərqlənib. Ardından o, Avropa Liqasında Finlandiyanın HİK komandasına “Bakcell Arena”da cərimə zərbəsindən gözəl qol vurub. Nəhayət, yenə həmin stadionda, ancaq bu dəfə oyun epizodundan fərqlənən E.Mahmudov İsrailin “Makkabi Hayfa” komandası ilə görüşdə də baxımlı qol müəllifi olub.
Bu, E.Mahmudovun 2017-ci ilin yayında çıxış etdiyi “Neftçi”də avrokuboklarda 8-ci qoludur. Bunun 5-ni Avroliqada reallaşdıran təcrübəli futbolçu 2 dəfə Çempionlar Liqasında, 1 dəfə Konfrans Liqasında fərqlənib.
Xatırladaq ki, Konfrans Liqası UEFA-nın bu ildən keçirdiyi yeni turniridir. Burada Azərbaycanın ilk qolunun müəllifi “Keşlə”nin yeni legioneri Felipe Santos olub. Braziliyalı vinger buna “Soçi” ilə ev matçında nail olub.


Facebook-da paylaş

Xəbəri paylaş