Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Avropa Liqası: “Neftçi” və HİK komandalarının start heyətləri açıqlanıb

UEFA Avropa Liqası: “Neftçi” və HİK komandalarının start heyətləri açıqlanıb

Bu gün Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, “Neftçi” turnirin üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasını qəbul edəcək. Saat 21:00-da “Bakcell Arena”da start götürəcək matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Uilyam Kollum olacaq.
Artıq komandaların start heyətləri açıqlanıb.
"Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Samir Buqrin, Mamadu Kane və Xəyal Nəcəfov yer alıblar.
HİK-in heyətində isə meydana Yakob Tonnander, Yanne Saksela, Deniel O Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Luis Karlos Murilyo, Miro Tenho, Valtteri Moren, Devid Braun və Filip Valençiç çıxacaqlar.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş