Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Emin Mahmudov: “Azərbaycan futbolunun səviyyəsi yüksəlişdədir”



“Azərbaycan futbolunun səviyyəsi yüksəlişdədir, hər şey ildən-ilə inkişaf edir”.

BrendSport.az
xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiyada “Match TV”yə açıqlaması zamanı deyib.

Bakı klubunun kapitanı Azərbaycan Premyer Liqasının səviyyə baxımından Rusiya çempionatına yaxınlaşdığını düşünür: “Əvvəllər Rusiya ilə Azərbaycan çempionatları arasında böyük fərq var idi. Amma indi çempionatımızda gərgin mübarizə gedir. Rusiya çempionatı komandalarının səviyyəsinə və infrastrukturuna görə yenə də cəlbedicidir. Azərbaycan futbolu isə inkişafdadır”.

Qeyd edək ki, Rusiyada “Saturn” klubunun yetirməsi olan Emin Mahmudov vaxtilə Moskva “Spartak”ının formasını da geyinib. 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən şərəfini qoruduğu “Neftçi” ilə bu yay yeni 2+1 illik müqavilə imzalayıb.


Facebook-da paylaş

Xəbəri paylaş