Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin futbolçusu: "Rəhbərliyin etimadını doğrultmağa çalışacağam"



"Klub rəhbərliyi mənə etimat göstərib, bunu doğrultmağa çalışacağam".

BrendSport.az
xəbər verir ki, bunu Rusiyada təlim-məşq toplanışında olan "Neftçi"nin futbolçusu Filip Ozobiç "Matç TV"yə açıqlamasında deyib.

32 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"la 2 illik müqavilə imzaladığını xatırladıb: "Hazırda Rusiyaya qayıtmaq haqqında danışmaq düzgün olmaz. 2013-cü ildə "Spartak"dan ayrıldıqdan sonra bu ölkədən rəsmi olaraq heç kim zəng etməyib. Bəlkə kimsə maraqlanardı, amma belə məlumat mənə çatmayıb".

Ozobiç Azərbaycanda yaxşı çempionatın keçirildiyini, lakin Rusiyadakı qədər güclü olmadığını söyləyib: "Burada yaxşı futbolçular çoxdur. Amma maliyyə şərtləri çətin ki, rusiyalı oyunçulara uyğun gəlsin. Rusiya Premyer Liqasında yüksək maaş təklif edən böyük klublar var".

Qeyd edək ki, Filip Ozobiç 2010 - 2013-cü illərdə "Spartak"da çıxış edib. "Neftçi" bu gün yoxlama matçında Moskva təmsilçisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş