Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin potensial rəqiblərinin Bakıdakı matçının başlama saatı açıqlanıb



"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina "Jelezniçar"ı ilə Belarusun "Dinamo" (Minsk) klubları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, iyulun 20-də oynanılacaq I təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.

Görüş "Qarabağ"a məxsus "Azersun Arena"da təşkil olunacaq.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş