Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Emil Balayev: “Neftçi”yə qayıdanda məndə nostalji hisslər yarandı”



“Neftçi”nin akademiyasında böyümüşəm, əsas komandasında yer almışam. Buna görə də, komandaya qayıdanda məndə nostalji hisslər yarandı”.

BrendSport.az
xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Emil Balayev yetirməsi olduğu kluba dönüşü ilə bağlı açıqlamasında deyib.

29 yaşlı qapıçı “ağ-qaralar”da keçirdiyi ilk dönəmi xatırlayaraq, tarixi uğura imza atdıqlarını bildirib: “Neftçi”də olduğum ilk dönəmdə Azərbaycan futbol tarixində yeni səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bundan sonra 15-20 il də keçsə, bunlar əvəzolunmaz hisslərdir”.

“Neftçi” ilə 2 illik müqavilə imzalayan Azərbaycan millisinin qolkiperi onu İvan Brkiç, Aqil Məmmədov və Rza Cəfərovla maraqlı mübarizə gözlədiyini söyləyib: “Belə səviyyəli qapıçılarla bir yerdə məşq etmək mənim üçün də xoşdur. Bizi maraqlı, sağlam rəqabət gözləyir. İlk növbədə bir-birimizə həm qardaş, həm də yaxşı insan kimi münasibət göstərəcəyik”.

Qeyd edək ki, 2011-ci ildə “Neftçi”nin əsas komandasına cəlb edilən Emil Balayev başqa klublarda icarə əsasında oynadığını nəzərə almasaq, 2015-ci ilə qədər bu komandada çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş