Bakının “Neftçi” klubu xorvatiyalı qapıçı ilə 1,5 illik müqavilə bağlayıb
Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib.
BrendSport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, xorvatiyalı qapıçı İvan Brkiç ilə 1,5 illik müqavilə bağlanıb.
İyirmi altı yaşlı futbolçu Bakı klubunun heyətində 1 nömrəli formanı geyinəcək. Son klubu Latviya “Riqa”sı olan qolkiper Xorvatiyanın “İstra”, “Lokomotiva”, “İmotski”, “Çibalia”, Bosniya və Herseqovinanın “Zrinski” komandalarında çıxış edib, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov və Gilyerme Patonu transfer etmişdi.
Facebook-da paylaş