Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqasında 31 oyunda böyükhesablı nəticə qeydə alınıb



Futbol üzrə Premyer Liqasının 2022/23 mövsümündə 31 oyunda böyükhesablı nəticə qeydə alınıb.

BrendSport.az
xəbər verir ki, 16 dəfə meydan sahibləri, 15 dəfə qonaqlar üç və ya daha çox top fərqilə qalib gəliblər.

Ən böyükhesablı qələbə 6 top fərqilə olub və 3 dəfə qeydə alınıb. Bunların birində 7:1, ikisində 6:0 hesabına təsadüf olunub. “Qarabağ” 7-ci turda “Zirə”ni 7:1, 27-ci turda “Sumqayıt”ı 6:0 hesabı ilə üstələyib. Sonuncular “Sabah”dan da 6 cavabsız qol buraxıblar.

Bu görüşlərin üçündə də qonaq komanda qalib gəlib. Öz meydanında ən böyükhesablı qələbə 9-cu turda “Kəpəz”i qəbul edən “Sabah”ın hesabındadır – 5:0

“Qarabağ” hamıdan çox – 10 belə qalibiyyət alıb. “Sabah”ın 8, “Neftçi”nin 7 qələbəsi 3 və ya daha çox top fərqilə olub. “Zirə” 2, “Kəpəz”, “Qəbələ”, “Səbail” və “Turan Tovuz”un hərəyə 1 uğuru var. “Sumqayıt”la “Şamaxi” isə belə qələbə qazanmayıb.

Böyük hesabla uduzmayan komandaların da sayı 2-dir. Bunlar “Qarabağ”la “Sabah”dır. “Sumqayıt” 8, “Səbail” 6, “Kəpəz” 5, “Şamaxı”4 “Neftçi”, “Qəbələ”, “Turan Tovuz” və “Zirə” hərəyə 2 ağır məğlubiyyətlə üzləşib.


Facebook-da paylaş

Xəbəri paylaş