Azərbaycan Kubokunda mövsümün rekordu qeydə alınıb
BrendSport.az xəbər verir ki, bu, “Neftçi” ilə “Qəbələ” arasında keçirilmiş final matçına təsadüf edib.
“Bakcell Arena”dakı görüşü 9000 tamaşaçı izləyib. Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finala qədər rekord 5000-ə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5000 seyrçi olub.
Ümumilikdə isə kubokun 19 matçında 31980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı izləyib.
Facebook-da paylaş