Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Kubokunun 28 finalında 7 müxtəlif hesab qeydə alınıb



Azərbaycan Kubokunun əvvəlki 28 finalında 7 müxtəlif hesab qeydə alınıb.

BrendSport.az
xəbər verir ki, əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır.

İndiyə qədər 9 dəfə görüş 1:0 hesabı ilə yekunlaşıb. 7 dəfə 2:1, 5 dəfə 2:0, 3 dəfə 1:1, 2 dəfə 0:0, 1 dəfə isə 3:1 və 3:0 qeydə alınıb.

İndiyə qədər 12 final qarşılaşmasında əlavə vaxta ehtiyac duyulub. Bunlardan 7-də qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda “Neftçi” ilə “Qəbələ” arasında 2022/2023 mövsümünün final oyunu iyunun 3-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş