Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” – “Qarabağ”: Rekord təkrarlandı, 100-cü qol gələn mövsümə qaldı



“Qarabağ”la “Neftçi” arasında keçirilən Azərbaycan derbilərində qol rekordu təkrarlanıb.

BrendSport.az xəbər verir ki , tarixdə ikinci dəfə əzəli rəqiblərin rəsmi matçlardakı duelində 6 qol qeydə alınıb.

Bu, Premyer Liqanın XXXII turunda “Bakcell Arena”da baş tutan görüşə təsadüf edib. Dünənki qarşılaşmaya qədər yalnız bir dəfə bu komandaların duelində azarkeşlər 6 qola şahidlik etmişdilər. Bu da 2020-ci ildə yenə eyni məkanda baş tutan matçda olub. Üç il əvvəlki oyunda ağdamlılar rəqibi 6 dəfə mərkəzə dəvət etmişdilərsə, bu dəfə Qurban Qurbanovun kollektivinin 4 topuna rəqib 2 qolla qarşılıq verib. Nəticədə “köhlən atlar” səfərdə 4:2 hesablı qələbəyə seviniblər.

Həmçinin, tarixdə ilk dəfə “Neftçi” ilə “Qarabağ”ın görüşündə belə hesab qeydə alınıb. İndiyə qədər heç vaxt 2:4 və ya 4:2 hesabı olmamışdı.

Buna qədər altı dəfə 5 qol, on iki dəfə isə 4 qol qeydə alınıb. Ağdamlılar iki görüşdə 4:1 hesabına seviniblər. Dörd halda komandalardan biri 3:2, altı dəfə isə 3:1 hesablı qələbə qazanıb. Eyni zamanda, “Qarabağ” iki, “Neftçi” bir dəfə rəqibini 4 cavabsız qolla üstələyib. Üç duel isə 2:2 hesabı ilə yekunlaşıb.

Ümumiyyətlə, müstəqillik illərində “Neftçi” ilə “Qarabağ” 108 rəsmi matçda qarşılaşıblar. Bunun 89-u çempionat, 19-u isə ölkə kubokunda baş tutub. Daha 3 matçda isə “Qarabağ”a texniki məğlubiyyət verilib.

“Köhlən atlar” dünən “Neftçi” üzərində 44-cü qalibiyyətini əldə edib. Texniki nəticələri nəzərə almasaq, “ağ-qaralar”ın da aktivində 27 qələbə var. 37 qarşılaşma da sülhlə başa çatıb.

Ümumi top fərqində də “Qarabağ”ın böyük üstünlüyü diqqət çəkir. Bölgə təmsilçisi 134 dəfə rəqibini mərkəzə dəvət edib. Dünən iki dəfə fərqlənən bakılılar isə əzəli rəqibinin qapısından keçirdiyi qol sayını 99-a çatdırıblar. Yəni “Neftçi”nin növəti qolu “Qarabağ”la qarşılaşmalardakı 100-cü top olacaq. Bu isə ən yaxşı halda 2023/2024 mövsümündə reallaşa bilər.

Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna dörd tur qalmış “Qarabağ” 81 xalla turnir cədvəlinə liderlik edir. Aktivində 61 xal olan “Neftçi” isə üçüncü yeri təmin edib.


Facebook-da paylaş

Xəbəri paylaş