“AAAF Xırdalan” müntəzəm çempionatı dördüncü pillədə tamamlayıb
Azərbaycan Basketbol Liqasında XXVIII turu çərçivəsində daha bir oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, turun ikinci matçında "Zirvə Astara" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş Xırdalan təmsilçisinin 109:96 hesablı qələbəsi ilə başa çatıb.
"AAAF Xırdalan" bu nəticə ilə müntəzəm çempionatı dördüncü pillədə tamamlayıb.
Oyunda ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Ruşard Kruikşenk (27 xal, 5 ribaund), "AAAF Xırdalan"dan isə Endryu Korum (31 xal, 9 ribaund) olublar.
Qeyd edək ki, turun "Sabah" - "Olimpik Şəki" və NTD - "Neftçi" oyunları aprelin 29-da olacaq.
Facebook-da paylaş