Yunan-Roma güləşçimiz İslam Abbasov “Tokio-2020”yə uğursuz start verib
Yunan-Roma güləşçimiz İslam Abbasov “Tokio-2020” Yay Olimpiya Oyunlarına uğursuz start verib.
BrendSport.az xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşıb və xalçadan məğlub ayrılıb.
Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Facebook-da paylaş