Tokio Olimpiadasının təşkilat komitəsi Atletlər kəndində spirtli içki qəbulunu araşdırır
Tokio Olimpiadasının təşkilat komitəsi Atletlər kəndində vaterpolistlər tərəfindən spirtli içkinin qəbulu ilə bağlı məsələni araşdırır.
BrendSport.az xəbər verir ki, bu barədə jurnalistlərə bazar günü Oyunların təşkilat komitəsinin baş direktoru Toşiro Muto məlumat verib.
Baş direktor deyib ki, iyulun 31-də Atletlər kəndində vaterpolistlər tərəfindən spirtli içki qəbulu ilə bağlı hadisə baş verib. Bununla əlaqədar müvafiq araşdırma aparılır.
Qeyd edək ki, bu ərəfədə Oyunların təşkilat komitəsi ərazini icazəsiz tərk edərək Tokionu gəzməyə çıxan iki gürcü cüdoçunun akkreditasiyasını ləğv edib.
Xatırladaq ki, XXXII Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.
Facebook-da paylaş