Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio Olimpiadasının doqquzuncu günündə boksçumuz Cavid Çələbiyev növbəti döyüşünə çıxacaq

Tokio Olimpiadasının doqquzuncu günündə boksçumuz Cavid Çələbiyev növbəti döyüşünə çıxacaq

"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın doqquzuncu günündə - iyulun 31-də də Azərbaycanın 1 idmançısı mübarizə aparacaq.
BrendSport.az xəbər verir ki, boks yarışlarında təmsilçimiz Cavid Çələbiyev (63 kq) növbəti döyüşünə çıxacaq. İdmançımız səkkizdəbir final mərhələsi çərçivəsində ermənistanlı Hovhannes Baçkov ilə qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Boks millimizin digər üzvü Alfonso Dominges (81 kq) Olimpiadanın yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) Tokio Olimpiadasında bürünc medala sahib olub.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş