Cüdoçu Rüstəm Orucov “Tokio-2020”də mübarizəni medalsız başa vurub
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio Olimpiadasında mübarizəni medalsız başa vurub.
BrendSport.az xəbər verir ki, XXXII Yay Olimpiya Oyunlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Koreya Respublikasından olan cüdoçu An Çanqrim ilə görüşdə uduzub.
“Rio-2016”nın gümüş mükafatçısı R.Orucov “Tokio-2020”nin cüdo yarışında Musa Moquşkov (Rusiya Olimpiya Komitəsi) və tacikistanlı Somon Maxmadbekova qalib gəlsə də, dörddəbir finalda Yaponiya Şohei Onoya məğlub olub. Təsəlliverici görüşdə Kosovo təmsilçisi Akil Cakovu məğlub edən cüdoçumuz bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanmışdı.
Facebook-da paylaş