Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiyada Olimpiya məşəli estafetinin iştirakçısı müəyyən məsafəni məşəl yanmadan qaçıb

Yaponiyada Olimpiya məşəli estafetinin iştirakçısı müəyyən məsafəni məşəl yanmadan qaçıb


Yaponiyada martın 25-də başlayan Olimpiya məşəli estafetinin iştirakçılarından biri müəyyən məsafəni məşəl yanmadan qaçıb.
BrendSport.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Hadisənin Fukuşima prefekturasında yerləşən İitate kəndində baş verdiyi bildirilir. Alovun digər iştirakçıya ötürülməsi zamanı qaçışçılardan biri məşəlin yanmasına diqqət yetirməyib. Yalnız məsafənin sonuna yaxın məşəl yenidən ehtiyat odla alovlandırılıb və o, digər iştirakçıya yanaraq ötürülüb.
Qeyd edək ki, bu, məşəl estafetində baş verən ikinci hadisədir. Belə ki, bir gün əvvəl məşəllərdən biri güclü külək səbəbindən sönmüşdü.
Xatırladaq ki, məşəl estafeti Fukuşima prefekturasının Naraha şəhərində yerləşən “J-Village” futbol məşq mərkəzində start götürüb. Bu obyekt “Fukusima-1” AES-də qəzadan sonra dezinfeksiya işləri üzrə baza rolunu oynayıb. Hakimiyyət orqanları həmin yeri böyük zərər vurmuş güclü zəlzələ, sunami və atom qəzasından sonra həyatın bərpasının rəmzi kimi seçib.
Ümumilikdə estafetdə 10 minədək qaçışçının iştirak edəcəyi gözlənilir.
Qeyd edilir ki, 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.
Estafet iyulun 23-də məşəlin Tokio Milli Stadionunda Olimpiadanın açılış mərasiminə çatdırılması ilə başa çatacaq.






AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş