Səbinə Əzimova “Qətər Kuboku”nda bürünc medal qazandı
Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” start götürüb.
BrendSport.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 74 kq-la bu hərəkətdə gümüş, təkanla qaldırma hərəkətində isə 92 kq-la bürünc medal qazanıb. Toplam 166 kq (74+92) nəticə ilə Səbinə Əzimova yekun sıralamada bürünc medala sahib çıxıb.
Facebook-da paylaş