Millimizin hazırlığının vaxtı dəqiqləşdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı dəqiqləşib. Faiq Qarayevin yetirmələri dünya çempionatının hazırlığına iyulun 8-də başlayacaqlar.
İlk çalışmalar Bakıda baş tutacaq. Komandamız ardınca ölkə xaricində - Türkiyədə də hazırlıq keçəcək. Təlim-məşq toplanışı zamanı yoxlama matçları da nəzərdə tutulub.
Qeyd edək ki, yığmamız sentyabr-oktyabrda Yaponiyada keçiriləcək mundailda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad Tobaqo ilə birgə C qrupunda yer alıb.
Facebook-da paylaş