Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boks yığmasının Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb



Martın 8-də Taylandın paytaxtı Banqkokda boks
üzrə Olimpiya Təsnifat Turniri start götürəcək

BrendSport.az
xəbər verir ki, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda milli komandamız 6 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın heyətində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Toğrul Quliyev (60 kiloqram) və Şahin Aslanov (65 kiloqram) yer alıb.

Qızların mübarizəsində isə Gülər Hüseynova (48 kiloqram) və Əminə Tağıya (51 kiloqram) qüvvələrini sınayacaq.

Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş