Əsas Səhifə > Olimpiya > Azərbaycan boks yığmasının Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb

Azərbaycan boks yığmasının Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb


Dünən, 14:31


Martın 8-də Taylandın paytaxtı Banqkokda boks
üzrə Olimpiya Təsnifat Turniri start götürəcək

BrendSport.az
xəbər verir ki, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda milli komandamız 6 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın heyətində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Toğrul Quliyev (60 kiloqram) və Şahin Aslanov (65 kiloqram) yer alıb.

Qızların mübarizəsində isə Gülər Hüseynova (48 kiloqram) və Əminə Tağıya (51 kiloqram) qüvvələrini sınayacaq.

Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.
Geri qayıt