Türkiyə Avro-2024-ə namizəd oldu
Türkiyə Futbol Federasiyası 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Bu barədə ölkə mətbuatı məlumat yayıb.
Artıq TFF-nin prezidenti Yıldırım Demirören sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim etdiyi bildirilir.
Qeyd edək ki, namizədlər sırasında Almaniya da var.
Facebook-da paylaş