Olimpiya yığmamız növbəti lisenziyanı qazanıb
Tunisdə təşkil olunan lisenziya turnirinə yekun vurulu. Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığma komandamız ölkəmizə növbəti lisenziyanı qazanıb.
BrendSport.az saytı ATF-na istinadən xəbər verir ki, Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq şəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq (-44 kq).
Gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev: "Minayə lisenziya əldə etməklə bizləri sevindirdi. Əslində digər idmançımız Cavad Ağayev də səkkizlikdə yer almışdır. İtaliyalı rəqibi ilə döyüşdə əlindən ağır zədə alması Cavadın məğlub olmasına səbəb oldu. Əgər italya təmsilçisi finala vəsiqə qazana bilsəydi Cavadın şansı daha da çox olacaqdır amma təəssüf olsun ki, o da olmadı. Bildiyiniz kimi, hər çəkidə sona qalan səkkiz idmançı birbaşa Olimpiyadaya lisenziya əldə edir. Amma Olimpiyadaya ev sahibliyi edəcək olan Argentina komandası Cavadın çəkisində yəni 63 kq çəki dərəcəsinə bir idmançı əlavə sifariş etdiyi üçün lesinziya məhs onlara verildi. Xanoğlan Kərimov da Koreyalı rəqibindən üstün döyüşdü və hesabda irəlidə idi. Lakin sona 10 saniyə qalmış başa zərbə buraxmaqla şansını əldən verdi. Sahar Karghara da döyüşün sonunda başa zərbə buraxaraq şansını qaçırtdı. Ümumiyyətlə idmançılarımız yaxşı çıxış etdilər".
Alxas Məmmədov
Facebook-da paylaş