Şəhriyar Məmmədyarov: Şəmkir turnirində oyundan razıyam, nəticədən yox
Rəqibin diqqətli oynaması qələbəni mümkünsüz etdi. Oyunun gedişatında heç bir perspektiv görünmürdü. Ümumilikdə, Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda məğlub olmamalı idim. David Navara ilə görüşdə isə üstünlüyü qoruya bilmədim. Ümid edirəm istirahət günündən sonra nəticələr daha yaxşı olacaq.
BrendSport.az xəbər verir ki, bu sözləri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin beşinci turunda dünya çempionu Maqnus Karlsenlə oyundan sonra Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mətbuat konfransında deyib.
O, Maqnus Karlsenlə nəticədən razı qalmadığını etiraf edib. Onun sözlərinə görə partiya istədiyi kimi bitməyib: “Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Səhvlər üzərində işləmək lazımdır”.
Qeyd edək ki, “Shamkir Chess 2019” turnirinin beşinci turunda Şəhriyar Məmmədyarov Maqnus Karlsen qarşılaşması heç-heçə başa çatıb.
Facebook-da paylaş