Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Hansı mərhələdən mübarizəyə başlamasından asılı olmayaraq bütün rəqiblər təhlükəlidir"



Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva qurumun mətbuat xidmətinə müsahibə verib.

- Əvvəlcə futzal üzrə UEFA Çempionlar Liqasının püşkünün nəticəsini dəyərləndirərdiniz.

- Rəqiblərimizdən konkret birinin adı dəqiqləşib. Söhbət Slovakiya çempionu “Luçenec”dən gedir. Oyunlar da bu komandanın meydanında keçiriləcək. Digər iki komandanın adı isə sentyabrın əvvəllərində bilinəcək. Onlar dəqiqləşdikdən sonra fikir bildirmək olar. İndi isə hazırlaşır və rəqiblərimizi gözləyirik.

- Həmin komandaları ilkin mərhələdə çıxış edəcəklər. Bu baxımdan, təhlükə hiss edirsinizmi?

- “Araz” B yolunda qərarlaşan qrupda yer alıb. Bu o deməkdir ki, ancaq qrup qalibi mübarizəni davam etdirəcək. Deməli, hansı mərhələdən mübarizəyə başlamasından asılı olmayaraq bütün rəqiblər təhlükəlidir.

- Strategiyanın dəyişməsi, “Araz”ın legionerlərdən imtina etməsi işinizə necə təsir edəcək?

- Açığı, legioner oyunçular istənilən klub üçün hər zaman vacib olub. Onlar həqiqətən komandalarına çox kömək edirlər. Xüsusilə də braziliyalı futzalçılar dünyada ən güclülərdəndir. Ancaq klub rəhbərliyi bu cür qərar qəbul edib və artıq özümüz üçün yeni yol müəyyənləşdirmişik. Təcrübəli və gənc yerli oyunçulardan ibarət komanda quracağıq. Əlbəttə, Çempionlar Liqasında çətin olacaq. Amma mübarizəmizi davam etdirəcəyik. Rəhbərlik deyib ki, bacardığımızın ən yaxşısını edək.

- Bu gün “Araz”da qapıçıları da saysaq 6-7 yerli futzalçı var. Bəs boşluğu doldurmaq mümkün olacaqmı?

- Dünəndən məşqlərə başlamışıq. Təbii ki, vəziyyət kritik deyil. Nəzərimizdə olan oyunçular var. O cümlədən Vitali Borisovu komandaya dəvət etməyi düşünürk. Bildiyiniz kimi, o, son iki mövsümü Serbiya çempionu “Ekonomac”da keçirib. Təcrübəli futzalçı hazırda klubsuzdur. Başqa futzalçılar da var ki, onları məşqlərə dəvət edəcəyik. Əlbəttə, aralarında gənclər də var. Marat Salyanski ilə birgə axtarışlarımız davam edir. Yenə deyirəm, maraqlı bir dönəmə qədəm basırıq. Gənclərlə işləmək həm çətin, həm də maraqlı olacaq. Bu işdə mənə təcrübəli oyunçular kömək edəcəklər. Aydın məsələdir ki, qısa vaxtda əvvəlki nəticələri tələb etmək, gözləmək mümkün olmayacaq. Nəticə heç vaxt dərhal əldə edilmir. Bu haqda federasiya prezidenti ilə danışığımız olub.

- Gənclərdən söz düşmüşkən, artıq U-19 yığması da seleksiya xarakterli məşqlərə başlayıb. Onların hazırlıq prosesini izləmisinizmi?

- Bakıya avqustun 1-də qayıtmışam və axşam “Araz”ın məşqi olub. Sabah U-19-un məşqini izləyəcəm. Bu komandanın yaradılmasından xəbərim var. Ağatahir Əzimova güvənirik.

- Bu komandaya kim rəhbərlik edəcək?

- Futzal üzrə həm əsas, həm də digər yaş qrupları üzrə yığma komandaların baş məşqçisi mən olacam. Ağatahir Əzimov bu komanda üzrə köməkçi məşqçi kimi çalışacaq. Qapıçılarla Ağakərim Həsənov məşğul olacaq. Fiziki hazırlıqla bağlı Namiq Quliyevin xidmətindən istifadə edəcəyik. Bu komandanın üzvlərini məşq prosesində izləyəcəm. Ola bilər, “Araz”a dəvət etdiklərim olsun. Bildiyiniz kimi, UEFA bu yaş qrup arasında gələn il Avropa çempionatı təşkil edəcək. Gəncləri həmin oyunlara hazırlamalıyıq.

- Çempionatla bağlı gözləntiniz necədir? “Araz”ın legionerlərdən imtina etməsi digər klubları stimullaşdıracaqmı?

- Təbii ki, digər komandalar üçün yaxşı motivasiya olacaq. Çalışacaqlar “Araz”ın hegemonluğuna son qoysunlar, bizi udsunlar. Rəqabət artacaq. Ancaq biz legionerlərdən imtina etmişik, ancaq çempionluq iddiamızdan əl çəkməmişik.

- Ötən çempionatın gümüş medalçısı “Marafon Futsal” və rəqibləri üçün başağrısı olan “İtaldizain” hələ ki, Yüksək Liqada oynamaqla bağlı müraciət etməyib.

- Onlar arxada qalan mövsümə rəqabət gətirmişdilər. Bildiyimə görə, iki yeni komanda qoşulacaq çempionata. İranlı futzalçılarla gücləniblər (gülür). Yeni mövsümün də çox maraqlı və rəqabətli keçəcəyinə inanıram. Yaxşı hazırlaşmalıyıq ki, çətinliyin öhdəsindən gələk, titulumuzu qoruyaq.

- Yığma ilə bağlı planlarınız necədir?

- 2019-cu ilin payızına qədər milli komanda heç bir rəsmi oyunda iştirak etməyəcək. Ancaq bu ilin dekabrında beynəlxalq turnirə qatılacağıq. Buna görə də noyabrda millinin 2 həftəlik hazırlıq prosesi planlaşdırılıb.

- Ancaq yerli çempionatda iştirak edəcək futzalçıları dəvət edəcəksiniz?

- Əgər ehtiyac duysaq, hazırda ölkə xaricində çıxış edən oyunçulara da dəvət göndərəcəyik.


Facebook-da paylaş

Xəbəri paylaş