Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik



Vacib səfərə çıxırıq. "Tvente" bizə tanış rəqibdir. Yaxşı azarkeş dəstəyi olan komandadır.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandda "Tvente" komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, oyuna hazırlaşmağa çox vaxtlarının olmadığını bildirib: "Bir az problemlərimiz var. Futbolçular bir yerdə az məşq ediblər. Biz avrokubokları çempionata qurban vermək istəmirik. Konfrans Liqasında böyük komandalar mübarizə aparır. Futbolçularımız həmin rəqiblərlə oynayaraq inkişaf edirlər. Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır".

Mütəxəssis əvvəl qarşılaşdıqları "Tvente" ilə indiki komandanı müqayisə edib: "Hər dövrün öz tələbələri var. İllər əvvəl oynadığımız komanda daha təcrübəli idi. İndiki həyətdə isə dinamik oyunçular daha çoxdur".

Baş məşqçi komandanın üzərində təzyiqin olmasını normal qarşıladığını vurğulayıb.

"Biz Avropada iştirak edən bütün təmsilçilərimizin yanında olmalıyıq. Həqiqətən böyük rəqiblər üzərində əldə edilən qələbələr hər zaman tarixdə qalacaq. Bunu silmək olmur. Məsələn, Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan ÇSKA komandası ilə keçirdiyimiz görüşlər bizim üçün çətin alındı. Məşqçilik karyeramda qarşılaşdığımız ən bərk komanda idi", - deyə Qurban Qurbanov əlavə edib.

Mütəxəssisin sözlərinə görə, bir müddət əvvəl komandadan ayrılan Abdullah Zubirin 10 nömrəli formasını hələlik hansı futbolçuya verəcəklərini dəqiqləşdirmədiklərini qeyd edib: "Amma həmin formanı istəyənlər çoxdur (gülür).

Qeyd edək ki, avqustun 20-də Niderlandın Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş