Şahmat Federasiyasının prezidenti: İstedadlı uşaqlar erkən yaşlarda aşkarlanır və diqqətdə saxlanılır

Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandada çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib.
BrendSport.az xəbər verir ki, görüşdə AŞF prezidenti Mahir Məmmədov federasiya tərəfindən təqdim olunan şahmatçılara dəstək proqramı barədə məlumat verib. O, istedadlı uşaqların erkən yaşlarda aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.
Yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və federasiyanın baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.
Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.
Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.


Facebook-da paylaş






















