Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AŞF-nin birinci vitse-prezidenti: Vasif Durarbəyli daim dövlətin qayğısını hiss edib



Bütün şahmatçılar kimi, Vasif Durarbəyli də daim dövlətin qayğısını hiss edib.

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) birinci vitse-prezidenti Faiq Həsənov sentyabrda Macarıstanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətinin formalaşması ilə bağlı müsahibəsində bildirib.

"AŞF mütəmadi olaraq ona lazımi köməklik göstərib. Hətta Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilməzdən öncə iş adamı kimi uzun illər Vasifə ilbəil böyük miqdarda maddi və mənəvi dəstəyini əsirgəməyib. Sadəcə, nəzərə almaq lazımdır ki, millinin heyəti hər il dəyişə bilər. Növbəti illərdə də gənc şahmatçılara milli komandada çıxış etmək imkanı yaradılacaq. Yəqin Xaqan Əhməd barədə eşitmisiniz. Çox istedadlı yeniyetmədir. Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasında da təcrübə keçdi. Xaqan Əhməd belə davam edəcəksə, biz illər öncə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vasif Durarbəyli və digərlərini milliyə dəvət etdiyimiz kimi, onun barəsində də müzakirələr aparacağıq. Reytinqindən asılı olmayaraq yeniyetmə və gənc şahmatçılar diqqətdə saxlanılır. Şahmatçının nümayiş etdirdiyi oyun önəmlidir. Azərbaycan milli komandasının heyəti müəyyənləşərkən şəxsi prinsipləri yaxın buraxmaq olmaz. Şəxsi fikirlər kənara qoyulmalıdır və obyektiv yanaşmaqla gənclərin milliyə yolunu açmaq lazımdır".


Facebook-da paylaş

Xəbəri paylaş