Azərbaycan Şahmat Federasiyasının prezidenti Nicat Abasovun çıxışını dəyərləndirib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasovun çıxışını dəyərləndirib.
BrendSport.az xəbər verir ki, qurum rəsmisi N.Abasovun uğur qazanacağına əminliyini ifadə edib: “İcraiyyə Komitəsinin iclasında şahmatçımızın zəngin hazırlıq mərhələsində iştirakı qeyd olundu. Artıq onun məşqçilərinin adı sirr deyil. Nicatla birgə Torontoya yollanan Şəhriyar Məmmədyarov sekundant-məşqçi kimi Nicata dəstək olur. Hazırlığa istedadlı şahmatçımız Abdulla Qədimbəyli də cəlb olunmuşdu. Dünyanın aparıcı şahmat mütəxəssisləri Vladimir Çuçelov və Boris Qelfand kimi şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak ediblər”.
Facebook-da paylaş