Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Yarış ərəfəsində çәki atmaq heç dә düzgün addım deyil"



Adil Rzayev 05 aprel 1982-ci ildә Laçın rayonunda dünyaya göz açıb. 2009-cu ildә Azәrbaycan Tibb Universitetini bitirib. 2011-ci ildә Seçenov adına Moskva Dövlәt Tibb Akademiyasında kurs keçib. Hazırda Sumqayıt şәhәrindә "Unikal" Klinikasında fəaliyyətini davam etdirir.

Adil həkimlə idmançıların həyat tərzi, onların uğur qazanmalarının sirləri barədə söhbət etdik.

- Həkim, idmançıların normal qidalanması barədə nə deyə bilərsiniz?

- Fikrimcə, günümüzdə idmançıların qidalanmasında çox yalnışlıqlar var. Çünki normal kalori qәbul olunmur və proteyinlәrdәn daha çox istifadә olunur. Bu da özlüyündə sonradan hәm maddәlәr mübadilәsinin pozulmasına, hәm qaraciyәr xəstəliyinə və eyni zamanda sonsuzluğa qədər gәtirib çıxara bilir.

- İdmançılar arasında geniş yayılmış süni çəki atmaq barədə nə deyərdiniz?

- Məncə, yarış ərəfəsində çәki atmaq heç dә düzgün addım deyil. Çünki hәr bir insanın öz boyuna vә bәdәn quruluşuna uyğun olaraq çәki saxlamağı daha mәqsәdәüyğundur.

Bir hәkim kimi hәr bir idmançıya tövsiyәm odur ki, əgər uğur qazanmaq istəyirlərsə, ilk növbәdә sağlam qidalanma, normal hәyat tәrzi, çәkini qaydasında saxlamaq vә әn vacib olan sağlamlıqlarını qorumaqıdr.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş