Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” klubu öz rekordunu yeniləyib

“Neftçi” klubu öz rekordunu yeniləyib

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünün sonuncu mükafatçısı bəlli olub. “Qarabağ” ilə “Sabah”ın ardınca “Neftçi” də ilk üçlükdə yerini təmin edib.

BrendSport.az
Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, XXIX turdan sonra rəsmiləşib. Bakı təmsilçisi səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib və xallarının sayını 60-a çatdırıb.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

Paytaxt klubu 9 dəfə - 1992-ci, 1995-1996-cı, 1996-1997-ci, 2003-2004-cü, 2004-2005-ci, 2010-2011-ci, 2011-2012-ci, 2012-2013-cü və 2020-2021-ci il mövsümlərində çempion titulunu qazanıb. “Neftçi” beş dəfə gümüş (2000-2001-ci, 2006-2007-ci, 2018-2019-cu, 2019-2020-ci, 2021-2022-ci), altı dəfə bürünc (1994-1995-ci, 1998-1999-cu, 1999-2000-ci, 2005-2006-cı, 2007-2008-ci, 2017-2018-ci) mükafat qazanıb.

Qeyd edək ki, “Neftçi” ardıcıl altıncı mövsümü ilk üçlükdə bitirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş