Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” Azərbaycan çempionatlarında mükafat qazanan 19-cu komanda olub

“Sabah” Azərbaycan çempionatlarında mükafat qazanan 19-cu komanda olub

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci mükafatçısı bəlli olub. XXVII turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib.

BrendSport.az
Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Qəbələ” ilə XXVIII turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin edib.

Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı üçlüyə düşüb.
“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb.

“Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıblar. “Sabah”adək daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.


Facebook-da paylaş

Xəbəri paylaş