Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb

“Sabah” klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb


“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb. Bu, mövsümün XXVII turuna təsadüf edib.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb. “Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.
Qeyd edək ki, Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş